B.Ekklstoun: “Avstraliya da Monako kimi vacibdir”

Hər ilin əvvəlində olduğu kimi bu il də Avstraliya Qran Prisinin gələcəyi yerli qəzetlərin səhifələrinə müzakirə olunub. Melburnun lord-meri Robert […]

Hər ilin əvvəlində olduğu kimi bu il də Avstraliya Qran Prisinin gələcəyi yerli qəzetlərin səhifələrinə müzakirə olunub. Melburnun lord-meri Robert Doyl böyük məsrəflər üzündən yarışın keçirilməsi üçün müqavilənin uzadılmasını məqsədəuyğun hesab etməmişdi, Berni Ekklstoun isə cavabında demişdi ki, hətta müqavilənin vaxtından əvvəl ləğv edilməsi şərtlərini müzakirə etməyə hazırdır.

Son iki ayda vəziyyət dəyişməyib – Avstraliya KİV-inə müsahibəsində çempionatın kommersiya başçısı qətiyyətli olub…

Berni Ekklstoun: “Avstraliya Formula1 üçün Monako kimi vacibdir. Bu mərhələ dünya çempionatının bir hissəsidir, təqvimdə də çoxdan var və biz onu itirmək istəmirik.

Əgər Melburnda hesab edirlər ki, müqavilə onlar üçün çox bahadır, onda onu uzatmağın mənası yoxdur – biz heç kimi artıq pul ödəməyə məcbur etmirik. Çempionatı bütün dünya izləyir, əgər bu kifayət deyilsə, pul ödəməyin yeri yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*