Bəhreyn yarışı keçirməyə hazırdır

Bəhreyn avtodromunun rəhbərliyi yarışın keçirilməsi xahişilə rəsmən FİA-ya və Berni Ekklstouna müraciət ediblər. Cümə günü Barselonada FİA-nın Ümumdünya Şurası toplaşacaq […]

Bəhreyn avtodromunun rəhbərliyi yarışın keçirilməsi xahişilə rəsmən FİA-ya və Berni Ekklstouna müraciət ediblər. Cümə günü Barselonada FİA-nın Ümumdünya Şurası toplaşacaq və buna qədər federasiya Bəhreyndən iştirakçıların və azarkeşlərin təhlükəsizlik təminatı ilə bağlı məktub almalı idi – məktub alınıb…

Zayed Raşid əl-Zayani, avtodromun başçısı: “Biz yarışın keçirilməsinə hazırıq, hətta bu gün də keçirməyə hazırıq. Vəziyyət dəyişib, Bəhreyndə həyat normallaşıb və biz yarışı istənilən vaxt keçirə bilərik.

Bizim ölkəmiz çox çətin bir dövrü arxada qoydu, indi bizə pozitiv hisslər lazımdır. Formula1 mərhələsi Bəhreyni yalnız idman tədbirləri arenası kimi təqdim etmir, yarış həm də iqtisadiyyatın bərpası üçün əla katalizator ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*