Ç.Fyorio: Ferrari ən yaxşı heyətə malikdir

Ferrari-nin sabiq rəhbəri Çezare Fyorio komandanın yeni sürücüsü Karlos Saynsa təriflər yağdırıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü komandaya yeni qatılsa da, mövsümün ilk iki yarışından da xallarla ayrıla bilib. Düzdür, o, komanda yoldaşı Leklerdən geri qalır, amma əksəriyyət buna səbəb olaraq Saynsın komandaya öyrəşməsinə bağlayır.

Çezare Fyorio: “Məncə, Sayns güclüdür. Yarış tempinə görə də Leklerə yaxındır. Sıralanma turunda bəzi səhvlər etsə də, bunun səbəbi bolidi yaxşı tanımamasıdır. Lakin ona güvənmək olar.

Ferrari-nin sürücü heyəti güclüdür. Ümid edirəm ki, Sayns Ferrari-yə tamamilə öyrəşəndən sonra sıralanma turunda da güclü olacaq. Ferrari hazırda Mercedes və Red Bull-dan geri qalsa da, keçən ilə nisbətən inkişaf edib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*