Bu gün komandalar FOTA-nın iclası çərçivəsində Bəhreyndəki vəziyyəti müzakirə edəcəklər. Şayiələr gəzir ki, mövsümöncəsi testlərin dördüncü seriyası Bəhreyndən Barselonaya keçirilə bilər – avtodromun rəhbərliyi El Pais qəzetinə FOTA-nın müraciətini təsdiq edib…
Visens Aqilera, icraçı direktor: “FOTA bizə müraciət edib və mövsümöncəsi testlərin son seriyasının Barselonada keçirilməsi üçün boş vaxtları öyrənmək istəyib. Düzdür, rəsmi müraciət hələ daxil olmayıb, amma biz kömək etməyə hazırıq. Əgər Formula1-ə lazım olsa, biz əlmizdən gələni edəcəyik.”