Bəhreyn Qran Prisinin əvəzinə test seriyası?

Ölkəni bürümüş iğtişaşlar üzündən keçirilməsi sual altında qalan mövsümün ilk yarışı olan Bəhreyn Qran Prisinin taleyi yaxın günlərdə həll olunacaq. […]

Ölkəni bürümüş iğtişaşlar üzündən keçirilməsi sual altında qalan mövsümün ilk yarışı olan Bəhreyn Qran Prisinin taleyi yaxın günlərdə həll olunacaq. Formula1 komandaları Barselonada FOTA-nın növbəti iclasını keçiriblər və hadisələrin mümkün cərəyan etmə senarilərini müzakirə ediblər.

Autosport-un bildirdiyinə görə, müzakirələrin mövzularından biri Saxirdə nəzərdə tutulmuş testlərin başqa vaxta keçirilməsi olub. Çox güman ki, komandalar həmin seriyanı ya Barselonada, ya da Xeresdə işləyəcəklər. Variant kimi Silverstoun, Pol Rikar və Yas Marina vatodromlarının da adları hallanıb. Amma bu variantların hər biri logistika baxımından çətin baş tutsun.

Qran Prinin özünün başqa bir Qran Pri ilə belə əvəzlənməsi isə azehtimallıdır, çünki Qran Prinin hazırlanması az vaxt tələb etmir, üç həftəyə belə yarışı hazırlamaq mümkün deyil. Amma əgər son nəticədə Bəhreyn yarışı təxirə salınarsa, FOTA-nın üzvləri kompensasiya kimi əlavə test seriyasına çxmaq istəyirlər.

Düzdür, komandaların çoxu bu təkliflə razı deyil – balaca komandalar bu məsələni əlavə məsrəf nöqteyi nəzərindən öyrənirlər. İstənilən halda, toplaşanlar məsələyə yaxın vaxtda aydınlıq gətirilməsini arzu etdiklərini bildiriblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*