Bəhreyn-2020: Sıralanma turu

Burada yarış adətən yazda baş tutur və Albert Parkdakı gözlənilməz nəticələrdən sonra güc nisbətlərinə aydınlıq gəlir. Lakin tras builki gözlənilməz təqvimin sonunda özünə yer tapıb.

F-1.az xatırladır ki, dünən baş tutan hər iki məşqdə Həmilton protokollara başçılıq edib, bugünkü sərbəst yürüşlərin ən sürətlisi isə Ferstappen olub. Artıq mövsümün sonu olduğundan və məşqlərdən yalnız biri sıralanma turu və yarış kimi, süni işıqlar altında baş tutduğundan, komandalar daha çox növbəti il üçün nəzərdə tutulan yenilikləri sınaqdan keçirməklə məşğul olublar.

Pirelli keçən il buraya ən sərt təkərləri gətirərək tənqid edilmişdi, buna görə də bu dəfə Bəhreyn Qran Prisi üçün orta üçlük – C2, C3 və C4 tərkibləri seçilib. Soft təkərlər effektliyini tez itirib.

Burada start mövqeyi çox əhəmiyyət daşımır, çünki tras ötmələrə imkan verir. Təsadüfi deyil ki, son 10 ildə yaknız 3 dəfə pouldan başlayan sürücü sonra qələbəyə sevinə bilib.

İlk Sessiyada Stroll Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Sessiyas sakir keçib və qeyri-adi heç nə baş verməyib. Həmilton 1:28.343-lük nəticə ilə hamını üstələyib, Hass və Alfa Romeo sürücüləri ilə yanaşı, Latifi mübarizəni dayandırıb.

İkinci sessiyada yalnız Qasli və Kvyat ilk cəhdləri üçün Soft təkərləri seçiblər, qalan sürücülər isə Medium təkərlərlə boksları tərk ediblər. Lakin heç kim qırmızı bayraqlara görə dövrəsini başa vura bilməyib – Saynsın maşını trasda dayanıb. Buna səbəb güc qurğusunun qəfil sönməsi olub. Maşın təxliyə edilib və tezliklə yaşıl işıqlar yandırılıb. Elbon və Norris Soft təkərlərə keçiblər. Həmilton bu dəfə rekord nəticə ilə birinci olub – 1:27.586. Sayns, Rassell, Stroll, Lekler və Fettel üçün sıralanma turu başa çatıb.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Ən yumşaq tərkibin tez aşınması sürücülərin işini çətinləşdirib. Həmilton yenə ilk cəhddə hamını üstələyib. Yeddiqat dünya çempionu ikinci cəhdində nəticəsini daha 0.4 saniyə yaxşılaşdıraraq trasın yeni rekordunu müəyyən edib – 1:27.264.

Beləliklə, Lyuis Həmilton mövsümdə 10-cu, karyerasında isə 98-ci poulunu əldə edib. Valtteri Bottasın ikinciliyi əldə etməsi ilə Mercedes mövsümdə 11-ci dəfə yarışa ilk cərgədən başlamağa haqq qazanıb. İkinci cərgəni Maks Ferstappen və Aleksander Elbon, üçüncü cərgəni isə Serxio Peres və Daniel Rikkardo tutublar.

Bəhreyn Qran Prisi sabah Bakı vaxtı ilə 18:10-da start götürəcək.

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:28.343 5 1 1:27.586 5 1:27.264 6
2 77 Valtteri Bottas Mercedes AMG 4 1:28.767 5 3 1:28.063 5 1:27.553 6
3 33 Maks Ferstappen Red Bull 5 1:28.885 5 2 1:28.025 4 1:27.678 6
4 23 Aleksander Elbon Red Bull 3 1:28.732 6 5 1:28.749 6 1:28.274 6
5 11 Serxio Peres Racing Point 12 1:29.178 6 7 1:28.894 8 1:28.322 6
6 3 Daniel Rikkardo Renault 8 1:29.005 6 4 1:28.648 5 1:28.417 6
7 31 Esteban Okon Renault 13 1:29.203 3 8 1:28.937 5 1:28.419 6
8 10 Pyer Qasli AlphaTauri 6 1:28.971 3 10 1:29.008 5 1:28.448 6
9 4 Lando Norris McLaren 15 1:29.464 5 6 1:28.877 6 1:28.542 6
10 26 Daniil Kvyat AlphaTauri 11 1:29.158 6 9 1:28.944 5 1:28.618 6
11 5 Sebastyan Fettel Ferrari 10 1:29.142 6 11 1:29.149 5
12 16 Şarl Lekler Ferrari 9 1:29.137 6 12 1:29.165 5
13 18 Ləns Stroll Racing Point 2 1:28.679 6 13 1:29.557 5
14 63 Corc Rassell Williams 14 1:29.294 8 14 1:31.218 3
15 55 Karlos Sayns McLaren 7 1:28.975 3 15 2
16 99 Antonio Covinatsi Alfa Romeo 16 1:29.491 6
17 7 Kimi Rəykkönen Alfa Romeo 17 1:29.810 6
18 20 Kevin Maqnussen Haas 18 1:30.111 6
19 8 Roman Qrojan Haas 19 1:30.138 6
20 6 Nikolas Latifi Williams 20 1:30.182 6
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*