Bəhreyn-2016: Üçüncü stüard – Derek Uorik

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Derek Uorik kömək edəcək.

Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-dəd ebüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.

Stüardlar briqadasında onunla birlikdə FİA-nın tras komissiyasının və Kanada Avtoklubunun prezidenti Rocer Pirt və FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyar çalışacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*