18 Dekabr 2018, Çərşənbə axşamı - 23:59

Bəhreyn-2016: Üçüncü sərbəst yürüşlər

Bəhreyn-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:22 - 02 Aprel, 2016

Bəhreyndə üçüncü sərbəst yürüşlər digər traslarda olduğu qədər o dərəcədə əhəmiyyətli deyil, çünki bu zaman trasın vəziyyəti sıralanma turu və yarışda olan şəraitdən kəskin fərqlənir. Amma komandalar bu vaxtdan da səmərəli istifadə etməyə çalışıblar.

F-1.az bildirir ki, bu gün Bəhreyndə hava bir az qızıb, düzdür, komandaların hələ dekabrda güman etdikləri temperatur hələ yoxdur, ona görə də təkər seçiminin bu həftəsonu nə dərəcədə düzgün olması sabah bilinəcək. Sürücülərin çoxu Soft və SuperSoft-la işləyib və yalnız McLaren komandası sessiyaya  Medium-la başlayıb. Komandanın debütantı Stoffel Vandorn sessiyanın əksər vaxtını yağ sızıntısı üzündən boksda keçirməli olub.

Gecə Williams komandası çoxdan gözlədiyi yeni qısa burun elementini Britaniyadan təyyarə ilə alıb – burun tək nüsxədə olduğu üçün çempionatda öndə olan Massanın maşınına qoyulub və nəticədə Massa məşqlərdə komanda yoldaşına uduzub.

Sessiyanın sonunda sürücülər təzə SuperSoft dəsti ilə qısa dövrələr seriyasına çıxıblar. Rosberq ilk cəhdində protokollara başçılıq etsə də, əvvəlcə Rəykkönen, sonra isə Fettel önə çıxıblar. Bizi maraqlı sıralanma turu gözləyir!

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:31.68322
27Kimi RəykkönenFerrari1:31.723+ 0:00.04013
36Niko RosberqMercedes AMG1:32.104+ 0:00.42118
444Lyuis HəmiltonMercedes AMG1:32.160+ 0:00.47714
577Valtteri BottasWilliams1:32.675+ 0:00.99218
68Roman QrojanHaas1:33.082+ 0:01.39914
726Daniil KvyatRed Bull1:33.113+ 0:01.43010
821Esteban QutyerresHaas1:33.337+ 0:01.65414
919Felipe MassaWilliams1:33.363+ 0:01.68018
103Daniel RikkardoRed Bull1:33.519+ 0:01.83620
119Markus ErikssonSauber1:33.569+ 0:01.88616
1220Kevin MaqnussenRenault1:33.617+ 0:01.9349
1322Censon BattonMcLaren1:33.704+ 0:02.02112
1447Stoffel VandornMcLaren1:33.744+ 0:02.06111
1533Maks FerstappenToro Rosso1:33.778+ 0:02.09520
1655Karlos SaynsToro Rosso1:34.003+ 0:02.32020
1712Felipe NasrSauber1:34.013+ 0:02.33015
1827Niko HülkenberqForce İndia1:34.128+ 0:02.44516
1911Serxio PeresForce İndia1:34.281+ 0:02.59815
2030Colion PalmerRenault1:34.424+ 0:02.7419
2188Rio HaryantoManor1:35.546+ 0:03.86315
2294Paskal VerlyaynManor1:35.724+ 0:04.04116

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər ,
Paylaş

logo