B.Bell Mercedes GP komandasının yeni texniki direktorudur

Mercedes GP komandasının mətbuat xidməti bu gün səhər bildirib ki, aprelin 1-dən komandanın texniki direktoru vəzifəsini Bob Bell icra edəcək. […]

Mercedes GP komandasının mətbuat xidməti bu gün səhər bildirib ki, aprelin 1-dən komandanın texniki direktoru vəzifəsini Bob Bell icra edəcək.

Belfastın Kral Universitetində əla təhsil almış Bell aviasiya sənayesində çalışıb, 1992-ci ildən isə McLaren komandası ilə müqavilə imzalayıb və tezliklə komandanın təhqiqat şöbəsinə başçılıq edib. Sonra karyerasını Benetton və Jordan komandalarında davam etdirib, 2003-cü ildə isə Mayk Qaskoyn Toyota-ya keçdikdən sonra Renault komandasının texniki direktoru təyin olunub.

2009-cu ildə Flavio Briatore və Pət Simondsun komandadan qovulmasından sonra Bell komandanın icraçı direktoru təyin olunub, 2010-cu ilin sonunda isə səlahiyyətlərinin komandanın başçısı Erik Bulyeyə verib.

Ross Braun: “Bobun təyin olunması bizim texniki şöbənin möhkəmləndirilməsində həlledici addımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*