BBC 2013-cü ildə Formula1-i yayımlamaqdan imtina edəcək?

Londonun The Sunday Times qəzeti əmin edir ki, 2013-cü ildə BBC Formula1-i yayımlamaqdan imtina edəcək. Bu gün səhər qəzetin birinci […]

Londonun The Sunday Times qəzeti əmin edir ki, 2013-cü ildə BBC Formula1-i yayımlamaqdan imtina edəcək.

Bu gün səhər qəzetin birinci səhifəsində bu mövzuya böyük yer ayrılıb, məqalənin başlığı isə belədir – “BBC Formula1-dən imtina edir”, məqalədə anonim mənbəyə istinadən xəbər verilir ki, teleradioyayım şirkəti 2013-cü ildən dünya çempionatının yarışlarını yayımlamaq üçün müqaviləni uzatmaq fikrində deyil.

Məqalədən bəzi fraqmentlər: “Formula1 britaniyalı tamaşaçının hər birinə 1 funt sterlinqə baaş gəlir, hərçənd, BBC1 və ya BBC2-də efirin bir saatı cəmi 7 pensdir. Böyük Britaniya Qran Prisi istisna olmaqla, digər yarışlarını teleauditoriyası 4 milyon tamaşaçını keçmir.”

Buna baxmayaraq, BBC-nin keçən ay dərc etdiyi statistikaya görə, Monako yarışını bu il 6.1 milyon tamaşaçı izləyib, keçən illə müqayisədə 0.4 milyon artım var, İspaniya Qran Prisində isə bu rəqəmlər uyğun olaraq 6.2 milyon və 1.2 milyon təşkil edib.

Xatırladaq ki, The TimesThe Sunday Times qəzetləri Rupert Merdokun media-imperiyasına daxildirlər, Merdok isə Formula1-in kommersiya hüquqlarının əldə olunmasına əsas namizədlərdən biridir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*