20 Avqust 2019, Çərşənbə axşamı - 09:18

Barselona testləri (1-4 mart 2012-ci il)

Barselona testləri (1-4 mart 2012-ci il)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:42 - 07 Mart, 2012

4 mart Quru. Buludlu. Havanın temperaturu +8°…+16°C, trasın temperaturu +12°…+27°C Mövsümöncəsi testlərin son gününü əvvəldən “çempionlar günü” adlandırmışdılar – yeni […]

4 mart

Quru. Buludlu. Havanın temperaturu +8°…+16°C, trasın temperaturu +12°…+27°C

Mövsümöncəsi testlərin son gününü əvvəldən “çempionlar günü” adlandırmışdılar – yeni mövsümün startına çıxacaq altı dünya çempionundan beşi bu gün trasa çıxıb, yalnız Censon Batton trasda olmayıb.

bar8-alo2
Gün müxtəlif hadisələrlə zəng olub, komandalar yenilikləri yoxlamağa davam ediblər, eyni zamanda mövsümün ilk Qran Priləri üçün optimal sazlanmaların axtarışı da davam edib.

Çempion Red Bull komandasında çətinliklər yaşanıb. Günün böyük hissəsini Sebastyan Fettel boksda keçirib – ön antiqanadın və ötürmələr qutusunun problemləri üzündən almaniyalı sürücü yalnız sessiyanın sonunda trasa çıxa bilib və protokollarda sonuncu yeri tutub.

bar8-senna3
McLaren-ə dünən mane olmuş problemlər həll olunub və Lyuis Həmilton bu gün böyük məsafə qət edib, amma axşama yaxın mühəndislər hidravlik sistemdən mayenin axmsını üzə çıxarıblar. Ferrari öz qrafiki üzrə işləyib – Fernando Alonso 6-10 dövrəlik seriyalar yerinə yetirməklə böyük məsafə qət edib. Eyni senari üzrə Mixael Şumaher də işləyib. Kimi Rəykkönen isə iki pit-stoplu yarışı imitasiya edib. Soft təkərlərində sıralanma turunu imitasiya edən Kimi protokollara başçılı edib və mövsümöncəsi testlərin ən yaxşı nəticəsinə imza atıb – 1:22.030.

Beləliklə, mövsümöncəsi testlər arxada qalıb, növbəti dəfə komandalar Avstraliya Qran Prisində bir araya gələcəklər – gözləməyə lap az vaxt qalıb!

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01K.RəykkönenLotusRenault1:22.030121
02F.MassaFerrariFerrari1:22.250+ 0:00.220115
03B.SennaWilliamsRenault1:22.296+ 0:00.26653
04N.HülkenberqForce İndiaMercedes1:22.312+ 0:00.282101
05K.KobayaşiSauberFerrari1:22.386+ 0:00.35672
06L.HəmiltonMcLarenMercedes1:22.430+ 0:00.400115
07V.PetrovCaterhamRenault1:22.795+ 0:00.765101
08M.ŞumaherMercedes AMGMercedes1:22.939+ 0:00.909100
09P.MaldonadoWilliamsRenault1:23.347+ 0:01.31748
10D.RikkardoToro RossoFerrari1:23.393+ 0:01.363100
11S.FettelRed BullRenault1:23.608+ 0:01.57823
3 mart

bar7-peres1

Quru, nahardan sonra yağış, sessiyanın sonunda qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +10°…+14°C, trasın temperaturu +12°…+19°C

Bəzi komandalar öz sürücüləri üçün iş qrafikini günaşırı seçdiklərinə görə, bu gün bir neçə sürücünün testlərdə sonuncu iş günü olub. Top-komandalar kompleks yeniliklər gətirdikləri üçün sonuncu testlərin son iki günü sürücülərin işi gərgin olmalıdır, bu gün bütün komandalar yarışın imitasiyasını keçirməyi planlaşdırmışdı.

bar7-bat2
Səhər tezdən paddokda ən çox müzakirə olunan mövzu Red Bull komandasının yenilikləri olub – Mark Uebberin trasa çıxdığı maşın dünən Fettelin idarə etdiyi maşından ciddi dərəcədə fərqlənib. Nyui növbəti dəfə hamını qazburaxma sistemi və yan pantonların konfiqurasiyası ilə təəccübləndirib.

Mexaniklər RB8-in arxa hissəsini ciddi-cəhdlə örtməyə çalışıblar, amma trasda yeni maşın fotoqrafların hədəf obyektinə çevrilib – RB8 trasa çıxan kimi fotoaparatların səsi trası bürüyüb, daha sonra hamı fotoqrafların mətbuat mərkəzinə tələsərək yeni şəkilləri ötürmlərinin şahidi olublar.

bar7-rik3
Səhər Kimi Rəykkönenin maşınında sükan problemi yaşanıb, komanda yalnız günün sonunda problemi həll edə bilib.

Nahardan sonra hava proqnozu yağış vəd edirdi, ona görə də sürücülər trasa tələsiblər, amma mövsümdə ilk dəfə olaraq yağış sürücülərin işinə mane olub – beş sürücünün yarış imitasiyası yarımçıq qalıb.

Yağış tez kəssə də, sessiyanın sonuna qədər tras qurumayıb, ona görə də protokollara Serxio Peres başçılıq edib – 1:22.094. Sabah testlərin son günüdür…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.PeresSauberFerrari1:22.094112
02C.BattonMcLarenMercedes1:22.103+ 0:00.00944
03D.RikkardoToro RossoFerrari1:22.155+ 0:00.061130
04F.MassaFerrariFerrari1:22.413+ 0:00.319121
05P.di RestaForce İndiaMercedes1:22.446+ 0:00.352108
06B.SennaWilliamsRenault1:22.480+ 0:00.386111
07H.KovalaynenCaterhamRenault1:22.630+ 0:00.53664
08M.UebberRed BullRenault1:22.662+ 0:00.56870
09N.RosberqMercedes AMGMercedes1:22.932+ 0:00.838128
10K.RəykkönenLotusRenault1:25.379+ 0:03.28543
2 mart

bar6-qro1

Quru. Səhər duman, sonra günəşli. Havanın temperaturu +8°…+21°C, trasın temperaturu +9°…+30°C

Mövsümöncəsi testlərin son seriyasının ikinci günü yarım saat ləngimə ilə başlayıb, amma on komandanın işinə duman mane olmayıb – qırmızı bayraqlar komandaların məhsuldar işinə daha çox mane olublar. Sürücülər uzub dövrələr seriyasında işləsələr də boksa tez-tez qayıtmalı olublar.

Yeddi komanda sürücülərini dəyişib – yalnız Lotus və Toro Rosso dünənki sürücülərlə işini davam etdirib, Williams isə hər iki sürücünü trasa çıxarıb – Maldonado mexaniki problemlər üzündən nahardan əvvəl trasda az işləyə bilib.

bar6-vern2
Qırmızı bayarqlar trasda kənar elementlər üzündən, sürücülərin səhvi və maşınların nasazlığı üzündən dalğalandırılıb – problemlər Maldonadodan, Şumaherdən (2 dəfə), Verndən, Fetteldən və Hülkneberqdən yan keçməyib. Dünən altı sürücü 100 dövrədən çox məsafə qət etmişdisə, bu gün yalnız üç sürücü bu həddi aşa bilib.

Axşama yaxın vəziyyət stabilləşib, Fernando Alonso və Roman Qrojan yarışı imitasiya ediblər, günün sonunda isə Roman sıralanma turu rejimində işləyib və ardıcıl ikinci gün protokollara başçılıq edib – 1:22.614.

bar6-fet3
Mercedes AMG, McLaren və Lotus diffuzor və qazburaxma sistemi ilə əlaqəli perspektiv texniki yenilikləri yoxlayıblar, Ferrari ön antiqanadın yeni konfiqurasiyası ilə işləyib.

Sabah Barselonada yağış gözlənilir, amma istənilən halda, testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01R.QrojanLotusRenault1:22.614123
02J.E.VernToro RossoFerrari1:23.126+ 0:00.51231
03S.FettelRed BullRenault1:23.361+ 0:00.74785
04F.AlonsoFerrariFerrari1:23.447+ 0:00.833124
05H.KovalaynenCaterhamRenault1:23.828+ 0:01.214104
06K.KobayaşiSauberFerrari1:23.836+ 0:01.22276
07N.HülkenberqForce İndiaMercedes1:23.893+ 0:01.27933
08M.ŞumaherMercedes AMGMercedes1:23.978+ 0:01.36478
09L.HəmiltonMcLarenMercedes1:24.111+ 0:01.49765
10B.SennaWilliamsRenault1:24.925+ 0:02.31148
11P.MaldonadoWilliamsRenault1:25.801+ 0:03.18720
1 mart

bar5-qro1

Quru. Günəşli. Havanın temperaturu +9°…+22°C, trasın temperaturu +11°…+27°C

Baharın ilk günü Barselonada Formula1 komandalarının mövsümöncsi testlərinin son seriyası başlayıb. Hava məhsuldar işə münasib olub – gün isti və günəşli keçib.

On komanda maşınlarını yeni mövsümün başlanğıcına hazırlamağa davam edib – yalnız Marussia və Hispania komandaları testlərə qoulmayıblar: birinci komanda təkrar krəş-testə hazırlaşır, ikinci komanda isə yeni maşını heç olmasa bazar günü trasa çıxarmağa tələsir.

bar5-bat2
Bir çox komandalar testlərə ciddi yeniliklər gətiriblər, ona görə də nahara qədər sürücülər qısa dövrələr seriyasında baza sazlanmaları və balansla işləyiblər, nahardan sonra isə uzun dövrələr seriyasına başlayıblar.

Lotus komandası trasa qayıdıb – keçən həftə komanda ön asılqanın bərkidilməsi problemləri üzündən Barselonanı tərk etməli olmuşdu, bu gün sükan arxasında Roman Qrojan işləyib: nahara qədər komanda problemin aradan qaldırılması yolunda atılmış tədbirlərin effektliyini yoxlayıb – Erik Bulye jurnalistlərə bildirib ki, problemlər həll olunub və komanda nahardan sonra testlərə davam edib.

bar5-peres3
Günün ən böyük məsafəsini Niko Rosberq qət edib – 128 dövrə. Sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb – nahardan əvvəl Peresin maşınında yanacaq qurtarıb, günün sonunda isə Petrov maşınını 6-cı döngədə saxlayıb.

Protokollara Roman Qrojan başçılıq edib – 1:23.252. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01R.QrojanLotusRenault1:23.25272
02C.BattonMcLarenMercedes1:23.510+ 0:00.25862
03S.PeresSauberFerrari1:23.820+ 0:00.568117
04M.UebberRed BullRenault1:23.830+ 0:00.578101
05N.RosberqMercedes AMGMercedes1:23.992+ 0:00.740128
06J.E.VernToro RossoFerrari1:24.216+ 0:00.964113
07P.di RestaForce İndiaMercedes1:24.305+ 0:01.05398
08F.MassaFerrariFerrari1:24.318+ 0:01.066104
09V.PetrovCaterhamRenault1:24.876+ 0:01.624123
10P.MaldonadoWilliamsRenault1:25.587+ 0:02.33558

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 384
Teqlər
Paylaş

logo