R.Kubitsa artıq bu mövsüm sükan arxasına qayıda bilər (video)

Robert Kubitsa fevral qəzasından sonra tədricən sağalır. Polşalı sürücü ciddi bərpa prosesi keçir, bu gün İtaliyanın Genuya şəhərində sürücünün qolunda […]

Robert Kubitsa fevral qəzasından sonra tədricən sağalır. Polşalı sürücü ciddi bərpa prosesi keçir, bu gün İtaliyanın Genuya şəhərində sürücünün qolunda sonuncu cərrahiyə əməliyyatı olacaq və onun meneceri Daniele Morelli hesab edir ki, Robert artıq bu il sükan arxasına qayıda biləcək – əgər hər şey plan üzrə getsə, bu, mövsümün sonunda baş verməlidir…

Daniele Morelli: “Bərpa pozitiv gedir, sağ ayaq tam qaydasındadır – əgər problem yalnız ayaqda olsaydı, Robert artıq bu gün yarşlara qatıla bilərdi.

Üç aydan sonra İtaliya Qran Prisi keçiriləcək və Robert bu yarışa çıxa bilməyəcək, amma biz nikbinliklə mövsümün sonunda onun qayıtması barədə düşünürük. İstənilən halda, simulyatorun sükanı arxasına oturduqdan sonra Robert dərhal başa düşəcək ki, qayıda bilər yoxsa yox, bunun üçün saniyəölçən lazım deyil.”

Polşanın Fakt.pl saytında Robertin qəzadan sonra ilk videoyazısı yayılıb – sürücü rəfiqəsi ilə birlikdə maşına oturur:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*