24 Yanvar 2019, Cümə axşamı - 11:37

AutoSport və BRDC mövsümə yekun vurublar

AutoSport və BRDC mövsümə yekun vurublar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:40 - 05 Dekabr, 2012

Dünən gecə Britaniyanın məşhur Autosport həftəliyi Britaniya Sürücülər Klubu (BRDC) ilə birlikdə Londonun mərkəzində yerləşən Grosvenor House Hotel-də keçirilən ənənəvi […]

Dünən gecə Britaniyanın məşhur Autosport həftəliyi Britaniya Sürücülər Klubu (BRDC) ilə birlikdə Londonun mərkəzində yerləşən Grosvenor House Hotel-də keçirilən ənənəvi illik mərasimdə arxada qalan avtoidman mövsümünə yekun vurublar.

Ekspertlər Nissan şirkətinin DeltaWing layihəsini xüsusilə qeyd ediblər. FİA həkimlərinin avtoidmanın təhlükəsizliyinə töhvələri də inovasiyalı elan olunub Dəymon Hillin əlindən mükafatı Sid Uotkinsin dual xanımı Syuzen alıb.

Ən yaxşı ralli sürücüsü Sebastyen Löb, ən yaxşı ralli maşını isə Citroen DS3 WRC elan olunub.

Ən yaxşı debütant adına 15 yaşlı isveçrəli sürücü Matteo Tuşer, ən gənc britaniyalı sürücü adına 17 yaşlı Ceyk Dennis layiq görülüblər – sonuncu McLaren komandasında test keçmək şansı qazanıb.

Peter Zauber avtoidmana töhvələrinə görə alqışlanıb, Britaniyanın ən yaxşı sürücüsü isə Censon Batton seçilib. İlin ən yaxşı maşını Red Bull RB8, ilin ən yaxşı sürücüsü isə üçüncü dəfə ardıcıl olaraq Sebastyan Fettel elan olunub.

Sebastyan Fettel: “Mövsüm uzun və çətin alındı – yüksəlişlər və enmələrlə yadda qaldı. Çempionatın əvvəlində maşın mənim istəklərimə cavab vermirdi, yarışda rəqabətədavamlı olsa da, sıralanma turunda ondan maksimum nəticə ala bilmirdim. Mövsümün sonunda isə özümü sükan arxasında rahat hiss edirdim.

Braziliyaya mən çempionatın lideri kimi gəlmişdim və yarış günü yuxudan oyananda düşünmürdüm ki, bizi müxtəlif hadisələrlə zəngin belə bir yarış gözləyir. Birinci dövrədə arxadan zərbə hiss etdim, maşın yerində fırlandı və ciddi problemlərdən qorxdum. Amma tezliklə başa düşdüm ki, bütün pisliklər artıq araxda qalıb, sonrası isə sizin hamınıza məlumdur.

Vaxt çox tez gedir. Mən BMW Sauber-də sərbəst yürüşlərdə debütü xatırlayıram, artıq beş il keçib – böyük vaxtdır, amma mən bunu hiss etmirəm. Mən inkişaf edirəm, maşını daha yaxşı başa düşürəm, təcrübə toplamışam və özümü daha müstəqil hiss edirəm.

İnterlaqos yarışından sonra biz əla bayram keçirdik, səhər özümü yaxşı hiss etmirdim və idman zalına yollandım ki, rahatlıq tapım və hər şey yenidən başlandı…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 225
Teqlər
Paylaş

logo