Buna baxmayaraq, ikinci sessiyada Antonelli Corcu Rasselldən cəmi beş onluqdan bir qədər çox geri qalaraq ikinci nəticəni göstərib.
Kimi Antonelli: “Qalan vaxtdan maksimum səmərəli istifadə etməyə çalışdıq. Birinci sessiyada elə də çox dövrə vura bilmədim, sonra isə ikinci sessiyanın yarısını buraxmalı oldum.
Vəziyyət ideal deyil, xüsusən də belə trasda, amma ümumilikdə itirdiyimizin əvəzini çıxmağı bacardıq. Özümü maşında kifayət qədər rahat hiss edirəm, amma bəzi məqamlar üzərində hələ işləməliyik, ona görə də sabahı səbirsizliklə gözləyirəm.
Marşalların işi? Mən onları maşından uzaqlaşdırmağa çalışmırdım. Əksinə, istəyirdim ki, odsöndürənlərdən daha fəal istifadə etsinlər, çünki maşın bir qədər alışmışdı. Xoşbəxtlikdən, ciddi zədələnmə olmayıb. Amma bəli, mən marşalları daha qətiyyətli davranmağa ruhlandırırdım. Bununla belə, onlar əllərindən gələni ediblər”.





