Alqarve, 20 yanvar

Sebastyen Buemi Alqarve avtodromunda testlərin ikinci günü protokollara başçılıq edib. Yeni Portuqaliya trasında hava şəraiti dünənki kimi yağışlı olub, axşama […]

Sebastyen Buemi Alqarve avtodromunda testlərin ikinci günü protokollara başçılıq edib. Yeni Portuqaliya trasında hava şəraiti dünənki kimi yağışlı olub, axşama yaxın isə hətta dolu yağıb. Toro Rosso keçənilki maşının keçid versiyası ilə işini davam etdirib – Buemi 48 dövrə vurub və ikinci olmuş McLaren-in test pilotu Pedro de la Rosanı 3 saniyə qabaqlayıb.

McLaren yenə də yeni maşınlarla işləyən komandalar arasında birinci olub, düzdür ehtiyat üzündən komanda maşına keçənilki arxa antiqanadı quraşdırıb, çünki asfalta yatma qüvvəsini artırmaqla sürüşkən asfaltda yeni maşının əzilməsinin qarşısını almaq mümkündür. Sabah Pedronu Lyuis Həmilton əvəz edəcək, britaniyalı sürücü keçən mövsümün son yarışının finişindən sonra rəsmi olaraq birinci dəfə sükan arxasına oturacaq.

Nelsinyo Pike cəmi 9 dövrə vura bilib – mühəndislər Renault R29-da baş vermiş problemi operativ həll edə bilməyiblər. Maşın sadəcə olaraq trasda dayanıb…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. S.Buemi Toro Rosso Ferrari 1:34.429 48
2. P.de la Rosa McLaren Mercedes + 0:03.083 62
3. Y.Trulli Toyota Toyota + 0:07.970 30
4. N.Pike Renault Renault + 0:11.431 9
5. N.Rosberq Williams Toyota + 0:17.151 31

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*