Red Bull xüsusi rəng çalarını təqdim edib

Red Bull komandası Türkiyədə yarışacağı rəng çalarını təqdim edib.

F-1.az bildirir ki, Avstriya təmsilçisi mühərrik təchizatçısı Honda-ya təşəkkür etmək üçün xüsusi rəng çalarında yarıacağını bildirmişdi. Bu rəng çaları ilə Honda-nın ölkəsi Yaponiyada yarışmalı idilər. Ancaq gündoğar ölkədəki yarış pandemiyaya görə ləğv olundu və bu rəng çaları ilə Türkiyədə yarışmağa qərar verdilər.

Red Bull əvvəlcə xırda detallar paylaşmışdı. Bu gün isə tam versiya üzə çıxıb. Yeni rəng çalarında ağ üstünlük təşkil edir. Bolidin üzərində klassikləşmiş Red Bull loqotipləri var. Sürücü nömrələri də Yaponiyanın bayrağına oxşar qırmızı dairənin içində yazılıb.

Red Bull bolidin üzərinə “Arigato” – Təşəkkür edirəm – yazısı yazıb. Bundan başqa AlphaTauri də bu yazı ilə yarışacaq.

Qeyd edək ki, Honda 2015-ci ildə mühərrik istehsalçısı kimi qayıtdığı idmandan ilin sonunda yenidən ayrılacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*