AlphaTauri yeni bolidini təqdim edib

AlphaTauri komandası 2022-ci ildə yarışacağı AT03-ü təqdim edib.

F-1.az bildirir ki, təqdim olunan bolid real bolid deyil. O, sadəcə konseptdir. Maşını tam formada görə bilməsək də, saydpodun daha aqressiv olduğunu və komandanın yeni mavi-ağ rəng çalarına keçdiyini görürük.

AlphaTauri keçən il Formula1-dəki ən yaxşı mövsümünü keçirdi və 142 xal toplayaraq, altıncı yeri tutub. İtaliya təmsilçisi bu il də Honda motoru ilə yarışacaq, amma yaponiyalı şirkət Formula1-dən ayrıldığı üçün mühərrik Red Bull markası ilə yarışacaq.

Komandanın sürücüsü Pyer Qasli: “Bu il maşında böyük dəyişikliklər var. Yeni reqlamentə görə bolidin görünüşü və dizaynı dəyişib. Buna görə də bolidi sıfırdan yığmalı olduq. Barselonadakı qış testlərindən əvvəl AT03-ün real performansını görməyəcəyik. Lakin indiyə kimi hər şey çox yaxşı işlədi. Yeni mövsüm üçün çox həyəcanlıyam”

Komandanın rəhbəri Frants Tost: “Axır ki, 2022-ci il bolidini təqdim etdik və necə dizayna sahib olduğunu gördük. Formula1 üçün yeni bir dövr başlayır. Keçənilki uğurlarımızdan sonra yenə də güclü olmaq istəyirik”.

Komandanın sürücüsü Yuki Tsunoda: “Doğrudan da gözəl görünür. Düzdür, bolidin tras üzərindəki performansını hələ də görməmişik. Lakin yeni tərz və dizayn çox gözəldir. Yeni rənglər maşına daha çox yaraşır və ümid edirəm ki, hamının xoşu gələr”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*