Alezi: Lekler fenomendir, tezliklə çempion olacaq

Ferrari-nin sabiq pilotu Jan Alezi hesab edir ki, Şarl Lekler yaxın vaxtlarda çempionluq əldə edəcək.

“Lekler – o bir fenomendir. Əminəm ki, tezliklə çempion olacaq”, – deyə Alezi Rai Radio 2 efirində bildirib.

F-1.az bildirir ki, Alezi, həmçinin F1-in maraqsız olmasına dair fikirlərlə razılaşmadığını da bildirib: “Mən çempionatın maraqsız olmasına dair fikirlərlə razı deyiləm. Biz sadəcə ona başqa cür baxırıq. Bizim yalnız möhtəşəm yarışları xatırlamağımız, təəssüratlarımız belə bir fikir yaradır. Hazırda pilotlar çox hazırlıqlıdırlar, yarışlar çox sürətli olub. Pilotlar hər dəfə bizə yaxşı mübarizə hədiyyə edirlər. Bu, mənim xoşuma gəlir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*