Y.Trulli Toyota ilə müqaviləsini uzatmağa hazırdır

Autosport-un məlumatına görə, Yarno Trulli Toyota-nın cari müqavilənin uzadılması barədə təklifini öyrənir. Şayiələr gəzirdi ki, mövsümün sonunda o karyerasını başa […]

Autosport-un məlumatına görə, Yarno Trulli Toyota-nın cari müqavilənin uzadılması barədə təklifini öyrənir. Şayiələr gəzirdi ki, mövsümün sonunda o karyerasını başa vuracaq və bütün diqqətini ailəsinə və şərab biznesinə yönəldəcək, amma komandanın uğurları sürücünün motivasiyasını artırıb…

Yarno Trulli: “Mən hələ yarışlardan ləzzət alıram, nə qədər ki, sürətliyəm narahat olmağa səbəb yoxdur. Əlbəttə, heç vaxt bilmirsən ki, nə olacaq, indi isə Formula1-in gələcəyini təsəvvür etmək ikiqat çətindir, amma tezliklə vəziyyət aydınlaşacaq. Mən sürətimdən razıyam, özümü inamlı hiss edirəm və düşünmürəm ki, indi dayanmalıyam. Mən tam rəqabətədavamlıyam və Formula1-də qalmağa ümid edirəm, amma indi konkret nəsə demək çətindir.

Mövsümdən razıyam – mən stabiləm, həm sıralanma turlarında, həm də yarışlarda. Mən maşından da razıyam. Hər bir uik-end bizim yaxşı nəticələrə şansımız var, mənim təcrübəm isə həmişə faydalı olur. Biz hələ də qələbə qazanmamışıq, bu hələ də mənim məqsədimdir. Düzdür, biz liderlərdən bir az geri qalırıq, amma bu maşınla mən uğur qazanmağa əminəm. Sadəcə istənilən imkandan istifadə etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*