X.R.Karabante: “Biz Melburnda starta çıxacayıq”

Hispania komandası mövsümöncəsi testlərdə yeni maşınını yoxlaya bilməyib. İlk testlərdə komanda keçənilki maşınla çalışıb, yeni F111 sonuncu barselona testlərinə gətirilsə […]

Hispania komandası mövsümöncəsi testlərdə yeni maşınını yoxlaya bilməyib. İlk testlərdə komanda keçənilki maşınla çalışıb, yeni F111 sonuncu barselona testlərinə gətirilsə də, gömrük problemləri üzündən trasa çıxa bilmədi, ona görə də yeni maşının debütü mövsümün ilk yarışında gözlənilir.

Barselonada komanda bildirmişdi ki, Amerikadan yollanmış amortizatorlar gömrükdə ilişib qalıb, bu xəbər paddokda şübhələrlə qarşılanıb – şayiələr gəzir ki, komanda Barselonaya yeni maşını deyl, onun maketini gətiribmiş, ona görə də trasa çıxa bilməyib. El Pais qəzetinə müsahibəsində Hispania komandasının sahibi Xose Ramon Karabante bu şayiələri təkzib edib…

Xose Ramon Karabante: “Biz dəqiq Avstraliyaya gələcəyik və Qran Pridə də iştirak edəcəyik. Çox güman ki, mövsümün ilk yarışında finiş görməyəcəyik, amma biz mövsümün gedişində maşını təkmilləşdirməyi və rəqiblərimizlə mübarizə aparmağı planlaşdırırıq. Sponsorlarla danışıqlar davam edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*