R.Braun: “Bizi maraqlı mövsüm gözləyir”

Avstraliya və Malayziyada Brawn GP komandası 100%-lik nəticə göstərmişdi – hər iki yarışda pouldan start alan Censon Batton komandaya iki […]

Avstraliya və Malayziyada Brawn GP komandası 100%-lik nəticə göstərmişdi – hər iki yarışda pouldan start alan Censon Batton komandaya iki qələbə qazandırıb, amma Şanxayda şənbə günü digər komanda uğur qazanıb. Ross Braun Red Bull-u sıralanma turundakı qələbəsi ilə təbrik edib…

Ross Braun: “Şanxayda sıralanma turu əvvəlki iki Qran Priyə nisbətən bizim üçün çox çətin oldu. Mən həmişə demişəm ki, rəqiblərimiz geriqalmanı biz gözlədiyimizdən də tez aradanq aldıracaqlar və bu gün biz bunun bir daha şahidi olduq.

Bizim maşın Çində pis görünmür, düzdür Censon və Rubensə son cəhdlərinə çatışmaz dönüşlük mane olub. Dördüncü və beşinci yerlər yaxşı start mövqeyidir, baxaq görək yarış necə olacaq. Mən Red Bull-u ilk poulu ilə təbrik edirəm, bizi doğrudan da maraqlı mövsüm gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*