X.M.Lopes US F1-lə müqavilə bağlayıb

Amerikanın US F1 komandası ilk sürücüsünün adını çəkib. Argentinada keçirilmiş mətbuat konfransında 26 yaşlı yerli sürücü Xose Mariya Lopeslə müqavilənin […]

Amerikanın US F1 komandası ilk sürücüsünün adını çəkib. Argentinada keçirilmiş mətbuat konfransında 26 yaşlı yerli sürücü Xose Mariya Lopeslə müqavilənin imzalanması təsdiq olunub, Lopes ən yüksək səviyyədə dəstək alıb, hətta konfransda Argentinanın prezidenti Kristina Elizabet Fernandes de Kirşner iştirak edib…

Xose Mariya Lopes: “Bu gün mənim üçün, mənim ailəm üçün və Argentinanın sakinləri üçün unudulmaz gündür. Mən uzun illər bu gün üçün gərgin işləmişəm, ona görə də Ken Anderson və Piter Uindzora sadəcə təşəkkür etmək kifayət deyil – istənilən yeni komanda ciddi çətinliklərlə qarşılaşa bilər, amma bizim məqsədimiz yarışdan yarışa inkişaf etməkdir, bununla gələcək uğurların əsasını qoymaq olar, ümid edirəm ki, bizim komanda gələcəkdə yarışlarda və çempionatda qələbə uğrunda mübarizə aparacaq.”

Piter Uindzor: “Biz Lopesin karyerasını 2003-cü ildə Renault V6 çempionatında dominantlığından izləyirik və onu çoxdan komandaya dəvət etmək istəyirdik. Biz Formula1-i Amerikaya qaytarırıq və şadıq ki, maşınalrdan birinin sükanı arxasına Xose Mariya oturacaq – o peşəkar sürücü və anadangəlmə liderdir.

O Renault komandasında 3 il test sürücü kimi çalışdıqdan sonra komandaya düşə bilmədiyi üçün məyus olmayıb, Argentinaya qayıdıb və üç il çempion olub, 38 qələbə qazanıb. Formula1-in Argentinada populyarlığı yalnız futboldan geri qalır və o öz ölkəsini çempionatda layiqincə təmsil edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*