Xeres, 2 mart

Çox maraqlıdır, bu il komandaların bəxti hava sarıdan heç gətirmir. Yeni reqlament, yeni aerodinamika, KERS – bunlar hamısı məchullardır, üstəlik […]

Çox maraqlıdır, bu il komandaların bəxti hava sarıdan heç gətirmir. Yeni reqlament, yeni aerodinamika, KERS – bunlar hamısı məchullardır, üstəlik mövsümün gedişində testlərin qadağası, hələ bu azmış kimi hər bir test sessiyasını hava şəraitinə görə qısaltmaq lazım gəlir. Bu gün isə sürücüləri güclü yağış gözləyirdi…

Komandalar operativ olaraq planlarını dəyişməli olublar, günü hədər itirməməkdən ötrü optimal sazlanmaların axtarışına və maşının nəm trasda davranışının öyrənilməsinə həsr ediblər. Ferrari isə ümumiyyətlə trasa çıxmayıb – bu gün komanda perspektiv üçün işləməli idi və gələn ildən Bridgestone təklif edəcəyi termoçexollarda qızıdırılmadan istifadə olunan slikləri yoxlamalı idi, amma yağış üzündən testlər təxirə salınıb.

Protokollara isə Timo QLok başçılıq edib, alman sürücü 89 dövrə qət edib və ən yaxşı dövrəsində dünənki nəticəyə 10 saniyə uduzub. Sabah Timo işini davam etdirəcək. Robert Kubitsa ikinci nəticəyə imza atıb, BMW Sauber ilk dəfə yeni maşını yağış altında yoxlayıb və yüksək rütubət elektronikanın problemlərinə səbəb olub. Amma mexaniklər nasazlığı cəld aradan qaldıra biliblər və polşalı sürücü işini davam etdirib. Sabah kubitsa yenidən sükan arxasına oturacaq. Niko Rosberq isə üçüncü olub, havaya baxmayaraq nəzərdə tutduğu kimi yarışı imitasiya edib. problem yaşanmayıb, maşın özünü sürətli göstərib.

Cankarlo Fizikella yeni Force İndia VJM02-nin sükanı arxasında günün ən az məsafəsini qət edib, amma yaxşı dördüncü nəticəni göstərib və dünənki testlərin lideri Sebastyan Fetteli qabaqlaya bilib. Red Bull bu gün iki məsələnin həlli ilə məşğul olub: səhər mühəndislər yeni aerodinamik elementləri yoxlayıblar, nahardan sonra isə yarışı imitasiya ediblər. Sabah alman sürücünü Mark Uebber əvəz edəcək. Heykki Kovalaynen və Nelsinyo Pike isə protokollarda sonuncu sətirləri tutublar.

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. T.Qlok Toyota Toyota 1:30.979 89
2. R.Kubitsa BMW Sauber BMW + 0:00.348 70
3. N.Rosberq Williams Toyota + 0:00.472 114
4. C.Fizikella Force İndia Mercedes + 0:00.568 54
5. S.Fettel Red Bull Renault + 0:01.241 102
6. H.Kovalaynen McLaren Mercedes + 0:02.392 91
7. N.Pike Renault Renault + 0:02.497 66

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*