Williams yeni rəng çalarını təqdim edəcək

Williams komandası yeni rəng çalarını cümə günü təqdim edəcək.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası keçən ay qeyri-müəyyən səbəblərə görə titul sponsoru ROKiT ilə yollarını ayırmışdı və buna görə də rəng çalarını dəyişəcəyini bildirmişdi.

Williams komandası bu gün Twitter üzərindən atdığı tvitlə bildirib ki, cümə günü Bakı vaxtı ilə saat 12:00-da yeni rəng çalarını təqdim edəcək. Paylaşılan videoda Nikolas Latifi və Corc Rassel şərhlər verirlər.

Qeyd edək ki, Williams komandası hazırda sərmayəçi axtarır. Bəzi iddialara əsasən Britaniya təmsilçisi ilə Lavazza arasındakı tərəfdaşlıq böyüyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*