B.Ekklstoun Bəhreyn Qran Prisini dekabrın 4-ə keçirmək istəyirmiş

Cümə günü FİA bildirib ki, Berni Ekklstoun Bəhreyn Qran Prisini təqvimdə saxlamaq üçün son cəhdini edibmiş. Amma onun bu cəhdindən […]

Cümə günü FİA bildirib ki, Berni Ekklstoun Bəhreyn Qran Prisini təqvimdə saxlamaq üçün son cəhdini edibmiş. Amma onun bu cəhdindən bir neçə saat sonra Bəhreyn yarışının təşkilatçıları rəsmən Qran Prini bu il keçirməkdən imtina ediblər.

Başa düşərək ki, komandalar Hindistan Qran Prisini başqa tarixə keçirməyə razı deyillər, Ekklstoun təklif edib ki, Bəhreyn Qran Prisi dekabrın 4-də keçirilsin. Berni FİA-ya bu təkliflə rəsmi müraciət edib. FİA bir neçə saatdan sonra onun müraciətinə cavab verib və Ekklstoundan təminat istəyib ki, yeni variant həm komandaları, həm də yarışın iştirakçılarını qane edir. Amma daha bir neçə saatdan sonra Bəhreyndən məlum xəbər gəlib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*