20 İyun 2019, Cümə axşamı - 11:57

Williams M.Şumaherin testlərinə icazə verməməsini təsdiq edib

Williams M.Şumaherin testlərinə icazə verməməsini təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:12 - 04 Avqust, 2009

Williams komandası təsdiq edib ki, mövsümün gedişində testlərə qoyulmuş qadağanın birgünlük dayandırılması barədə xahişə imtina edib. Ferrari komandası çempionatın digər […]

Williams komandası təsdiq edib ki, mövsümün gedişində testlərə qoyulmuş qadağanın birgünlük dayandırılması barədə xahişə imtina edib. Ferrari komandası çempionatın digər iştirakçılarına zədələnmiş Felipe Massanı əvəz edəcək Mixael Şumaher üçün belə bir istisna edilməsi barədə müraciət etmişdi, amma Williams-ın icazəsi olmadan belə testlər mümkün deyil…

Frənk Uilyams: “Biz Mixael Şumaherin Formula1-ə qayıtmasını alqışlayırıq, amma hazırkı qaydalara görə mövsümün gedişində testlər qadağan olunub – bu qaydaları FİA təsdiq edib və bütün komandalar buna ciddi əməl edir. Bu səbəbə görə, Macarıstanda birinci dəfə Formula1 maşınının sükanı arxasına oturan Xayme Algersuarinin də debüt yarışından əvvəl Toro Rosso maşını ilə tanış olmaq imkanı yox idi.

Williams komandası Algersuari və Şumaherin vəziyyətləri arasında fərq görmür, qaydalardan istənilən kənarlaşma təhlükəli insident yarada bilər. Belə bir halda (sürücünün əvəz olunması) Williams hazırkı test sürücüdən istifadə edərdi. Stabillik və ədalət prinsiplərinə görə biz Ferrari-nin Avropa Qran Prisindən əvvəl birgünlük test keçirməsi xahişinə imtina edirik.”

Çox güman ki, Mixael daha bir gün köhnə F2007-nin sükanı arxasında işləyəcək, sonra isə F60-ı icazə verilən düz yollarda test edəcək, maşınla daha yaxından isə ancaq Avropa Qran Prisinin cümə sərbəst yürüşlərində tanış olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər
Paylaş

logo