FOTA FİA-nın cavabını müzakirə edəcək

Formula1 komandalarının başçıları bu gün axşam Renault-nun Ənstoundakı bazasında növbəti dəfə bir araya gələrək FİA-nın son təklifinə necə reaksiya verməyi […]

Formula1 komandalarının başçıları bu gün axşam Renault-nun Ənstoundakı bazasında növbəti dəfə bir araya gələrək FİA-nın son təklifinə necə reaksiya verməyi müzakirə edəcəklər. Dünən Maks Mosli bəzi güzəştlərə getməyə hazır olduğunu sadalayıb, amma bir daha qeyd edib ki, şərtsiz ərizə verməyon son gününü başqa tarixə keçirməyəcək: komandaların cümənin sonuna qədər vaxtları var…

Xatırladaq ki, Mosli gələn il üçün büdcənin məhdudlaşdırılması səviyyəsini 100 milyon Avroya qaldırmağı və yeni Razılıq Müqaviləsinin tərtibində komandaların iddialarını nəzərə almağı təklif edib. Amma bunun üçün şərtsiz ərizə verilməlidir. Britaniyanın Autosport qəzetinin məlumatına görə, bu təkliflər komandaları tam qane etmir və FOTA-nın toplantısı axşam yerli vaxtla saat 19:00-da başlamlıdır. Bu gün heç bir rəsmi bəyanat gözlənilmir.

Eyni zamanda FİA Formula1-ə gəlmək arzusunda olan bir çox yeni komandalarla danışıqları davam etdirir və əgər avtoistehsalçılar alternativ çempionat təşkil etməyi qərara alsalar, vakansiyalar yeni komandalarla doldurulacaq. FİA prezidenti Maks Mosli Silverstouna sabah gəlməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*