10 Dekabr 2018, Bazar ertəsi - 09:03

Williams komandası Toro Rosso-dan geri qalır?

Williams komandası Toro Rosso-dan geri qalır?

Müəllif: Rauf Hacıyev, redaktor

21:34 - 23 Mart, 2016

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, onlar Toro Rosso komandasından geridə qalırlar…

F-1.az xatırladır ki, Toro Rosso komandasının hər iki sürücüsü də Avstraliya QP-nin sıralanma turunda son senasa keçsələr də, yarışı 9-cu və 10-cu yerlərdə bitirə bilmişdilər.

Pət Simonds: “Biz testlərdə bilmirdik ki, Toro Rosso haradadır. Biz bolidləri sıralayırıq və o sıralanmada aerodinamik hesablamalar aparırıq. Orada Toro Rosso komandasına neqativ dəyərlər qoymuşduq və bu səhv idi.

Biz simmetrik hesablamalar aparmalı idik. Onda daha yaxşı olardı. Toro Rosso doğrudan da bizi təəcübləndirdi. Digərləri bizim hesablarımıza daha yaxın idi.

Sıralanmaya baxanda, əvvəlcə Toro Rosso gəlir. Daha sonra isə biz və Force İndia komandası gəlirik.

Biz özümüzü Force İndia və Red Bull-dan sürətli hesab etmirik. Toro Rosso hazırda Red Bull-dan sürətlidir. Red Bull ilk yarışda qumar oynadı və maksimum nəticə qazandı.

Ancaq çempionat Avstraliyada bitmədi. Fərqli traslarda hadisələrin necə inkişaf edəcəyini görəcəyik”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 391
Teqlər , ,
Paylaş

logo