Williams komandası M.Şumaherin testlərinə razı deyil?

Mixael Şumaherin köhnə F2007-nin sükanı arxasında Mücelloda testlərindən sonra Ferrari-nin nümayəndələri çempionat iştirakçılarından mövsümün gedişində testlərə qoyulmuş qadağanı birgünlük dayandırmağa […]

Mixael Şumaherin köhnə F2007-nin sükanı arxasında Mücelloda testlərindən sonra Ferrari-nin nümayəndələri çempionat iştirakçılarından mövsümün gedişində testlərə qoyulmuş qadağanı birgünlük dayandırmağa icazə istəmişlər ki, Mixael həmin günü onun üçün naməlum olan F60-ın öyrənilməsinə sərf etsin. FOTA üzvü olan komandalar razılıqla cavab veriblər, yerdə qalan iki komandanın – Williams və Force İndia-nın da razılığını almaq lazımdır. Force İndia-nın nümayəndələri hələ heç bir cavab verməyiblər, amma İtaliyada dərc olunan La Gazzetta dello Sport qəzetində getmiş məlumata əsasən, Williams bu xahişə imtina edib…

Mixael yaxın günlərdə heç Turində FİAT-ın trenajorundan da istifadə edə bilməyəcək, çünki bu baza Formula1 komandasının bir hissəsi hesab olunduğundan bu gündən başlayaraq ikihəftəlik məcburi tətilə bağlanıb. Hazırda Şumaher Cenevrədə məşqçı və həkimlərlə işləyir, amma ola bilər ki, yenidən köhnə F2007-nin sükanı arxasında qeyri-rəsmi testlər keçirsin.

Williams tərəfindən heç bir şərh verilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*