V.Malya Fizikellaya təşəkkür edib

Force İndia komandasının sahibi Vicey Malya Cankarlo Fizikellaya birgə əməkdaşlığa görə təşəkkür edib və Ferrari-nin sükanı arxasında müvəffəqiyyətlər arzulayıb… Vicey […]

Force İndia komandasının sahibi Vicey Malya Cankarlo Fizikellaya birgə əməkdaşlığa görə təşəkkür edib və Ferrari-nin sükanı arxasında müvəffəqiyyətlər arzulayıb…

Vicey Malya: “Cankarlo və onun meneceri dünən axşam Ferrari-nin təklifi ilə mənə müraciət etdilər. Ferrari-nin heyətinə düşmək istənilən italiyalı sürücünün arzusudur və Cankarlo istisna deyil, həm də bu çıxışı Fizikellaya gələcəyini Ferrari ilə bağlamağa imkan verəcək. Bizim komanda üçün çox can yandırmış birisinin belə bir müqaviləsinə mane olmaq düzgün olmazdı.

Biz Cankarloya təxminən iki il ərzində gərgin işi, keçən uik-end komanda tarixində qazandığı ilk poulu, ilk xallar və ilk podiumu üçün təşəkkür etmək istəyirik. O komandanın bir hissəsi idi və biz ona gələcəkdə uğurlar arzulayırıq.”

Mövsümün qalan yarışlarında Force İndia-nın heyəti hələ elan olunmayıb, çox güman ki, Cankarlonu komandanın test sürücüsü Vitantonio Liutsi əvəz edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*