V.Liutsi: “Ümid edirəm ki, şayiələr doğru olacaq”

Əgər Cankarlo Fizikella həqiqətən İtaliya Qran Prisini Ferrari-nin heyətində keçirəcəksə, onda Force İndia komandasında onun yerini komandanın test sürücüsü Vitantonio […]

Əgər Cankarlo Fizikella həqiqətən İtaliya Qran Prisini Ferrari-nin heyətində keçirəcəksə, onda Force İndia komandasında onun yerini komandanın test sürücüsü Vitantonio Liutsi tutacaq…

Vitantonio Liutsi: “Mən ümid edirəm ki, bu şayiələr doğru olacaq. Mən tez bir zamanda sükan arxasına qayıtmaq istəyirəm, mən yarışlarsız yaşaya bilmirəm və deyəsən, belə şans olacaq.

Valensiyada komanda irəliyə doğru böyük addım atdı, amma biz maşının potensialında sıralanma turunda istifadə etdik. Spada isə effektiv aerodinamika, mexaniki sazlanmalar və təkərlərin xarakteristikası birlikdə bizi güclü etdi, buna görə də biz podium qazana bildik. İnanmıram ki, Monsada da biz podiuma namizəd olaq, amma ümid edirəm ki, xal uğrunda mübarizə aparacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*