Valensiyada Massanı L.Badoyer əvəz edəcək

Mixael Şumaher Formula1-ə qayıtmaq planlarından əl çəkdiyi üçün Ferrari komandası qərara alıb ki, Avropa Qran Prisində zədələnmiş Felipe Massanı Luka […]

Mixael Şumaher Formula1-ə qayıtmaq planlarından əl çəkdiyi üçün Ferrari komandası qərara alıb ki, Avropa Qran Prisində zədələnmiş Felipe Massanı Luka Badoyer əvəzə edəcək. Şumaher ümid edirdi ki, çempionatın yerdə qalan yarışlarında çıxış edə biləcək, amma kəllə və boyun nahiyələrindəki güclü ağrılar ümidəri puç edib. Nəticədə Maranelloda qərara alıblar ki, Valensiyada Kimi Rəykkönenin komanda yoldaşı təcrübəli test sürücü Luka Badoyer olacaq. Ferrari-nin prezidenti Luka di Montedzemolo bu mwnasibətlə bəyanat verib…

Bəyanatda deyilir: “Mən çox məyus olmuşam, təəssüf ki, mövcud problemlər Mixaelə yarışlara qayıtmağa imkan vermir. Son günlər mən onun səylərini və motiviasiyasını qiymətləndirə bildim, bütün komanda və azarkeşlər bunu hiss edirdi. Əlbəttə, onun qayıtması bütün Formula1-in xeyrinə olardı, mən əminəm ki, biz yenidən Mixaelin qələbələr uğrunda mübarizə aparmasının şahidi olardıq. Ferrari-nin və bütün azarkeşlərin adından biz ona komandaya sadiqliyinə görə minnətdarlıq etmək istərdim.

Stefano Domenikali ilə danışdıqdan sonra biz Luka Badoyerə Skuderiyanın şərəfini qorumağı tapşırmağı qərara almışıq, çünki o uzun illərdir ki, komandada test sürücü kimi çalışır.”

Badoyerin 38 yaşı var, o 1998-ci ildən Ferrari-nin test sürücüsüdür və sonuncu dəfə starta 1999-cu ildə Minardi-nin heyətində çıxıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*