17 İyun 2019, Bazar ertəsi - 17:48

Valensiya yarışı 2014-cü ilədək təqvimdə qalacaq

Valensiya yarışı 2014-cü ilədək təqvimdə qalacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:54 - 06 May, 2010

Dünya çempionatının ən baxımsız yarışını müəyyən etmək üçün hər il keçirilən azarkeşlərin mütəmadi sorğularında Valensiya yarışı son illərdə dəyişməz liderdir. […]

Dünya çempionatının ən baxımsız yarışını müəyyən etmək üçün hər il keçirilən azarkeşlərin mütəmadi sorğularında Valensiya yarışı son illərdə dəyişməz liderdir. Bu Qran Priyə nəyin çatmadığını demək çətindir – amma burda ötmək mümkün deyil, ona görə də keçən il azarkeşlər yarışa heç maraq göstərməmişdilər – tribunların yarıdan çoxu boş qalmışdı.

Ona görə də bu mərhələnin Fornula1 təqvimindən vaxtından əvvəl çıxarılması barədə şayiələrin peyda olması təəccüblü deyil – amma çempionat rəhbərliyi və yarışın təşkilatçıları 2014-cü ilədək bu yarışın keçirilməsi barədə müqavilə imzalayıblar. İspaniyanın AS qəzetinin verdiyi xəbərə görə, hətta yarışın keçirilməsi ilə məşğul olan Valmor şirkəti vəziyyətə nikbinliklə baxmır.

Amma milli avtofederasiyanın başçısı Karlos Qrasia əmindir ki, müqavilədə nəzərdə tutulan yarışlar ardıcıl olaraq baş tutacaq: “Əvvəlki illərdə bu yarış haqqında biz həqiqətən mənfi fikirlər eşitmişik. Amma indi biz əminik ki, müqavilə tam həcmində yerinə yetiriləcək.”

Ona görə də çox güman ki, darıxdırıcı Valensiya yarışını biz hələ düz beş il də seyr edəcəyik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 141
Teqlər
Paylaş

logo