21 Sentyabr 2019, Şənbə - 07:31

Valensiya testləri (1-3 fevral)

Valensiya testləri (1-3 fevral)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:35 - 02 Fevral, 2011

3 fevral Quru. Günəşli. Havanın temperaturu +14°-17° C, trasın temparaturu +14°-22° C Valensiyada mövsümöncəsi testlərin birinci seriyası başa çatıb. Üçüncü […]

3 fevral

Quru. Günəşli. Havanın temperaturu +14°-17° C, trasın temparaturu +14°-22° C

Valensiyada mövsümöncəsi testlərin birinci seriyası başa çatıb. Üçüncü gün ən yaxşı nəticəsni Lotus Renault GP komandasının sürücüsü Robert Kubitsa göstərib. Adrian Sutil polşalı sürücüyə 0.05 saniyə uduzub – alman sürücü keçənilki Force İndia maşınının sükanı arxasında günün ən böyük məsafəsini qət edib (117 dövrə). Keçənilki McLaren-in sükanı arxasına keçən Censon Batton ilk üçlüyü tamamlayıb.

val-03.02-sut2
Bu üç sürücüdüən başqa Red Bull sürücüsü Mark Uebber də 74 saniyədən sürətli olub – qeyd edək hər bir sürücü bu nəticəsini qısa dövrələr seriyasında göstərib, uzun dövrələr seriyasında isə onların nəticələri 3-4 saniyə yavaş olub.

val-03.02-bat3
Ferrari komandası üçün gün uğursuz başlayıb. Felipe Massanın maşınında cəmi 12 dövrədən sonra motor yanıb. Braziliyalı sürücü trasa nahardan sonra qayıdıb və qısa dövrələr seriyasına keçib, ən yaxşı nəticəsi isə beşinci yeri tutmağa imkan verib. Ondan sonrakı yerləri Timo Qlok (Marussia Virgin), Pasto Maldonado (Williams) və Serxio Peres (Sauber) tutublar.

val-03.02-mas5
Mixael Şumaher doqquzuncu olub – yeddiqat dünya çempionu səhər qısa dövrələr seriyasında işləyib, nahardan sonra isə uzun dövrələr seriyasında. Sebastyen Buemi ilk onluğu tamamlayıb və Narain Kartikeyanı qabaqlayıb. Sonuncu yeri isə Team Lotus komandasının sürücüsü Yarno Trulli tutub – komanda dünən sıradan çıxmış sükanın hidrogücləndiricisini bazadan trasa çatdıra bilmədiyi üçün italiyalı sürücü 38 dəfə boksdan trasa çıxıb və yenidən boksa qyıtmaqla yalnız müxtəlif sistemlərin işini yoxlaya bilib.

Növbəti testlər 10-13 fevral Xeresdə baş tutacaq. Hərçənd, Team Lotus komandası hələlik Valensiyada qalır: komanda testlərə bir gün gec qoşulmuşdu, iki gün ərzində isə böyük məsafə qət etməyən komanda cümə gününü də trasda keçirəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01R.KubitsaLotus Renault GPRenault1:13.14495
02A.SutilForce İndiaMercedes1:13.201+ 0:00.057117
03C.BattonMcLarenMercedes1:13.553+ 0:00.409105
04M.UebberRed BullRenault1:13.936+ 0:00.792105
05F.MassaFerrariFerrari1:14.017+ 0:00.87380
06T.QlokMarussia VirginCosworth1:14.207+ 0:01.063114
07P.MaldonadoWilliamsCosworth1:14.299+ 0:01.155101
08S.PeresSauberFerrari1:14.469+ 0:01.325104
09M.ŞumaherMercedes GPMercedes1:14.537+ 0:01.39311
10S.BuemiToro RossoFerrari1:14.801+ 0:01.65773
11N.KartikeyanHispaniaCosworth1:16.535+ 0:03.39163
12Y.TrulliTeam LotusRenault38
2 fevral

val-02.02-alo1

Quru. Günəşli. Havanın temperaturu +16°-18° C, trasın temparaturu +16°-22° C

Fernando Alonso Valensiya testlərinin ikinci günü protokollara başçılıq edib – Ferrari-nin ispaniyalı sürücüsü sonuncu dünya çempionu Sebastyan Fetteli 0.3 saniyə qabaqlayıb. İlk üçlüyü isə Force İndia komandasının şotlandıyalı debütantı Pol di Resta tamamlayıb – DTM seriyasının sonuncu qalibi günün ən böyük məsafəsini qət edib (111 dövrə).

val-02.02-fet2
Dördüncü yeri Lyuis Həmilton keçid McLaren şassisi ilə tutub və Lotus Renault GP komandasının sürücüsü Robert Kubitsanı qabaqlayıb. Altıncı yeri isə gözlənilmədən Hispania komandasının hindistanlı sürücüsü Narain Kartikeyan qazanıb. Narain Mercedes GP-nin sürücüsü Niko Rosberqi üstələyib.

val-02.02-res3
Bu gün Team Lotus komandasının T128 maşını trasda debüt edib. Heykki Kovalaynen sükan arxasında cəmi 15 dövrə vura bilib – sonra maşının sükanının hidrogücləndiricisi sıradan çıxıb və komanda bazadan yeni detalın gətirilməsini gözləməli olub.

Qeyd edək ki, bu gün sessiya dörd dəfə qırmızı bayraqlarla dayandırılıb – səhər sessiyanın əvvəlində Rubens Barrikello FW33-ü trasda saxlayıb, nahardan sonra isə Pol di Resta, Niko Rosberq və Sebastyen Buemi marşalları darıxmağa qoymayıblar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:13.307108
02S.FettelRed BullRenault1:13.614+ 0:00.30743
03P.di RestaForce İndiaMercedes1:13.844+ 0:00.537111
04L.HəmiltonMcLarenMercedes1:14.353+ 0:01.04683
05R.KubitsaLotus Renault GPRenault1:14.412+ 0:01.105104
06N.KartikeyanHispaniaCosworth1:14.472+ 0:01.16580
07N.RosberqMercedes GPMercedes1:14.645+ 0:01.33869
08T.QlokMarussia VirginCosworth1:15.408+ 0:02.10134
09R.BarrikelloWilliamsCosworth1:16.023+ 0:02.71651
10S.PeresSauberFerrari1:16.198+ 0:02.89142
11P.MaldonadoWilliamsCosworth1:16.266+ 0:02.95929
12S.BuemiToro RossoFerrari1:16.359+ 0:03.05246
13X.AlgersuariToro RossoFerrari1:16.474+ 0:03.16764
14M.UebberRed BullRenault1:17.365+ 0:04.05817
15H.KovalaynenTeam LotusRenault1:20.649+ 0:07.34215
1 fevral

val-01.02-fet1

Quru. Günəşli. Havanın temperaturu +13°-18° C, trasın temparaturu +13°-20° C

Fevralın ilk günü Valensiyada Rikardo Tormo adına avtodromda 2011-ci il mövsümöncəsi testlərin rəsmi birinci seriyası start alıb. Testlər Red Bull RB7, Toro Rosso STR6 və Mercedes GP Petronas MGP W02 maşınlarının qısa təqdimatı ilə başlayıb, sonra isə 11 komanda trasa çıxıb (Team Lotus iştirakçılara sabah qoşulacaq).

Qeyd edək ki, yeddi komanda trasa yeni maşınını çıxarıb – Red Bull, Ferrari, Mercedes GP, Sauber, Lotus Renault GP, Williams və Toro Rosso, dörd komanda isə – McLaren, Force İndia, Virgin və Hispania Valensiyaya keçənilki maşınlarını gətirib.

val-01.02-hul2
Protokollara sonuncu dünya çempionu Sebastyan Fettel başçılıq edib. Alman sürücü nahardan sonra ən yaxşı nəticəyə imza atıb – 1:13.769. Onun həmvətəni, Force İndia komandasının ehtiyat sürücüsü Niko Hülkenberq ikinci olub. Düzdür, uzun dövrələr seriyasında Niko dünya çempionundan bir saniyə yavaş olub. İlk üçlüyü isə McLaren komandasının ehtiyat sürücüsü Qəri Paffet tamamlayıb – britaniyal sürücü Fettelə yarım saniyədən çox uduzub.

val-01.02-paf3
Nahardan sonra Nikonu sükan arxasında əvəz edən Pol di Resta dördüncü nəticəni göstərib və nahara qədər liderlik edən Fernando Alonsonu beşinci yerə sıxışdırıb. Sessiyanın sonuna az qalmış ispaniyalı sürücünün F150-si texniki problemlər üzündən trasda dayanıb. Buna baxmayaraq, günün ən böyük məsafəsini məhz Fernando qət edib – 98 dövrə.

Kamui Kobayaşi yeni C30-un sükanı arxasında 6-cı, debütant Jerom D’Ambrozio keçənilki Virgin maşınında 7-ci olub.

Bəzi komandalar yeni maşının texniki problemləri ilə üzləşiblər. Günün birinci yarısında Niko Rosberqin maşınında hidravlik problem yaşanıb – Niko cəmi 9 dövrə vura bilib və günü sonuncu yerdə başa vurub. Mühəndislər problemi yalnız axşama yaxın həll edə biliblər və Mixael Şumaher trasda cəmi 15 dövrə vurub və 9-cu olub.

Lotus Renault GP komandası da texniki problemləri həll etməli olub – Vitaliy Petrov cəmi altı dövrə vurduqdan sonra komandanın hazırladığı işlənmiş qazları buraxma sistemində nasazlıq yaranıb, nahardan sonra trasa qayıdan rusiyalı sürücü daha 22 dövrə vuraraq ilk test gününü 8-ci yerdə başa vurub.

Yeni STR6-nın sükanı arxasında Xayme Algersuari onuncu olub. Williams maşınında KERS problemlər yaradıb, amma buna baxmayaraq Rubens Barrikello 78 dövrə vura bilib. Narain Kartikeyan isə keçənilki HRT maşının sükanı arxasında debüt edib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:13.76993
02N.HülkenberqForce İndiaMercedes1:13.938+ 0:00.16971
03Q.PaffetMcLarenMercedes1:14.292+ 0:00.52391
04P.di RestaForce İndiaMercedes1:14.461+ 0:00.69228
05F.AlonsoFerrariFerrari1:14.553+ 0:00.78498
06K.KobayaşiSauberFerrari1:15.621+ 0:01.85268
07J.D’AmbrozioMarussia VirginCosworth1:16.003+ 0:02.23471
08M.ŞumaherMercedes GPMercedes1:16.450+ 0:02.68128
09R.BarrikelloWilliamsCosworth1:17.335+ 0:03.56615
10V.PetrovLotus Renault GPRenault1:17.424+ 0:03.65519
11X.AlgersuariToro RossoFerrari1:17.774+ 0:04.00577
12N.KartikeyanHispaniaCosworth1:18.020+ 0:04.25145
13N.RosberqMercedes GPMercedes1:19.930+ 0:06.16109

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 361
Teqlər
Paylaş

logo