Valensiya hökuməti yarışa dəstək verməyi qərara alıb

Valensiya hökuməti Avropa Qran Prisinə sponsorluq etməyi qərara alıb – bununla da yarışın gələcəyinə təminat veriləcək. Keçən uik-end İspaniyanın bu […]

Valensiya hökuməti Avropa Qran Prisinə sponsorluq etməyi qərara alıb – bununla da yarışın gələcəyinə təminat veriləcək. Keçən uik-end İspaniyanın bu əyalətinin başçısı Fransisko Kampsa Formula1-in kommersiya başçısı Berni Ekklstounla görüşündə razılıq əldə ediblər ki, Valensiya hökuməti beş il müddətində hər il yarışa 18 milyon Avro yatırım edəcək.

Eyni zamanda əyalətin hökuməti yeni sponsorlar da tapmağa ümid edir ki, maliyyə yükünün bir hissəsini onların üzərinə keçirsin. İspan mətbuatı hesab edir ki, yarışın promouteri olan yerli Valmor Sports şirkəti özü də bu məbləği tapa bilərdi.

İstisna deyil ki, Formula One Management (FOM) yarışı mövsümün əvvəlinə keçirməyi planlaşdırır – iyun və ya iyul aylarına. Bu aylarda hələ məzuniyyətlər başlamır və yarışa biletlərin daha aktiv satılması gözlənilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*