19 İyun 2019, Çərşənbə - 11:00

Valensiya azarkeşlərin gəlişinə hazırlaşır

Valensiya azarkeşlərin gəlişinə hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:40 - 09 Avqust, 2009

Valensiya avtodromunun rəhbərliyi apelyasiya məhkəməsinin müsbət qərarına, yəni Macarıstan Qran Prisinin stüardlarının qərarının ləğvinə ümid edir – stüardlar Fernando Alonsonun […]

Valensiya avtodromunun rəhbərliyi apelyasiya məhkəməsinin müsbət qərarına, yəni Macarıstan Qran Prisinin stüardlarının qərarının ləğvinə ümid edir – stüardlar Fernando Alonsonun maşınından təkərin qopub ayrılmasına görə, Renault komandasını biryarışlıq çempionatdan kənarlaşdırıblar. Valensiyada qorxurdular ki, Fernandonun yarışdan kənar qalması üzündən uik-endə bilet satışı lap aşağı düşəcək, amma hər şeyi Mixael Şumaherin geri dönməsi xəbəri dəyişib. Bir həftəyə on min bilet satılıb – Valensiya Almaniya və İtaliyadan azarkeş ordusunu qəbul etməyə hazırlaşır…

Karlos Moreno, Valmor şirkətinin əməliyyat direktoru: “Yarışda Mixael Şumaherin iştirak edəcəyi xəbər bizə bir həftədə 10 min bilet satmağa imkan verdi, faktiki olaraq, hər dəqiqəyə bir bilet. İndi isə biz Fernando Alonsonun yarışda iştirak etməsinin təsdiqini gözləyirik, amma mən hamıya üzümü tutub deyirəm ki, bizdə olan məlumata görə, Fernando Valensiyada trasa çıxacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo