13 Dekabr 2018, Cümə axşamı - 03:23

V.Malya: “Azərbaycan bizim üçün vacibdir”

V.Malya: “Azərbaycan bizim üçün vacibdir”

Müəllif: Rauf Hacıyev, redaktor

15:03 - 24 Aprel, 2018

Force İndia komandasının rəhbəri Vicey Malya bildirib ki, Azərbaycan yarışı onlar üçün çox vacibdir.

F-1.az xatırladır ki, Hindistan komandası bu il 3 yarışdan cəmi bir xal toplaya bilib.

Qeyd edək ki, Force İndia Bakıda 2016-cı ildə Serxio Pereslə podiuma yüksəlmiş, 2017-ci ildə isə 3-cü və 4-cü yerdə getdikləri yarışda sürücülərinin təmasına görə 8 xala razı olmuşdular.

Vicey Malya: “Bakı bizim üçün böyük əhəmiyyət kəsb edir və oradan xalla qayıtmaq istəyirik. İlk yarışlarda istədiyimiz nəticələri ala bilmədik, amma həmin yarışlarda bəxt də bizdən üz döndərmişdi. Bəhreyn və Çində ilk dövrədə hadisələrlə qarşılaşdıq və əsl potensialımızı göstərə bilmədik. Orta qrup komandaları çox yaxındırlar və startda geriyə düşəndə vəziyyəti kompensə etmək çətin olur. Lakin Melburndan sonra bolid çox təkmilləşib və bu, müsbət haldır. Son iki yarışda sıralanma turunda son sessiyaya qaldıq və bolidi daha yaxşı anlayırıq. Artıq bəxtimizin açılmasını və yaxşı nəticələrin gəlməsini gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər , , ,
Paylaş

logo