US F1 starta çıxacaqmı?

Mövsümün başlanmasınsa iki həftədən bir qədər çox qalıb və artıq aşkardır ki, yeni komandaların heç də hamısı starta çıxa bilməyəcək. […]

Mövsümün başlanmasınsa iki həftədən bir qədər çox qalıb və artıq aşkardır ki, yeni komandaların heç də hamısı starta çıxa bilməyəcək. Campos formal olaraq Bəhreynə gələ bilər – Kolin Kolles komandaya yeni başçı təyin olunub, Dallara şassisi isə Bəhreyndə elə birinci dövrədən sonra boksa girə bilər. US F1 isə ilk dörd Qran Prini buraxmaq istəyir ki, problemlərini həll etsin.

Britaniyanın Autosport saytına US F1 komandasının adının naməlum qalmasını istəyən nümayəndəsi komandadakı vəziyyəti danışıb…

Nümayəndə deyib: “Elə təəssürat var ki, Çad Harli və onun məsləhətçisi Pərris Mallins hələdə layihəyə marağı itirməyiblər və Harli komandanın tərk etməyəcək. Düzdür, şayiələr gəzir ki, o tezliklə Campos-a qoşulacaq. Yaranan problemlər bizi daha da birləşdirib, amma komandanın tərk edənlərin sayı artır, bu cümə əmək haqqımızı almağa da şübhə edirik. Mən əvvəllər belə birlik görməmişdim, axı indi ABŞ Formula1-ə öz maşınını çıxara bilər.

Problemlər isə keçən ilin dekabrından başladı. Dekabrda hamı yeni maşının hazırlanmasını gözləyirdik, amma bazada heç nə baş vermirdi. Konstruktorlar layihəni gecikdirdilər və aydın odu ki, biz çətin vəziyyətə düşmüşük. Bütün texniki qərarlar Ken Andersonun əlinin altından keçməli idi və burda ləngimələr başladı, amma o zaman hamı deyirdi ki, Kenin öz planı var. Məsələ burasındadır ki, komandada hər şey hələ planlaşdırma və konstruktor sənədləşməsi mərhələsində dayanıb.

Yanvarın 15-də biz əmək haqqı almalı idik, amma 20-də aldıq və hamı sual verməyə başladı. Komanda rəhbərliyi həmişə uzunmüddətli maliyyələşmədən danışırdı, amma maliyyə problemləri artıq üzə çıxmışd. Amma bu əsas deyil, çünki sizin maşın yoxdursa, heç bir sponsor pul ödəməyəcək. Hazırda Şarlottadakı bazada 60 nəfər çalışır, amma 10 nəfər artıq komandanı tərk edib.

Məsələ onda deyil ki, Uindzor nəyisə düz etməyib – biz maşın qurmamışıq, sponsorlar pul verməyiblər. Əməkdaşların Uindzorla və Andersonla görüşündə Piter soruşdu ki, “Burda kim düşünür ki, biz Bəhreynə qədər maşını hazırlaya bilməyəcəyik?” və personalın hamısı əlini qaldırdı. Piter dəjşətə gəlmişdi…”

Rəsmən Piter Uindzor və Ken Anderson layihənin qaydada olmasından danışırlar, çətinliklərin olmasını, amma elə də ciddi olmamasını qeyd edirlər. Bu həftə FİA dünya çempionatının iştirakçılarının son siyahısını dərc etməlidir, bəlkə US F1 komandasına dörd Qran Prilik fasiləyə icazə verildi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*