T.Qlok müqavilə təklifini gözləyir

Timo Qlok hələ də gələn ilə Toyota-dan müqavilə təklifi almadığı üçün narahatdır. Yapon komandanın gələn mövsüm çempionatda iştirakı barədə son […]

Timo Qlok hələ də gələn ilə Toyota-dan müqavilə təklifi almadığı üçün narahatdır. Yapon komandanın gələn mövsüm çempionatda iştirakı barədə son günlərdə yaranmış tərəddüdləri nəzərə alsaq, alman sürücü Formula1-də öz gələcəyini tezlikə təmin etmək istəyir…

Timo Qlok: “Müqavilənin hələ də uzadılmaması məni bir qədər narahat edir – BMW-nin vəziyyətinə baxın: bütün avtoistehsalçılar çətin vəziyyətdədirlər və qərar qəbul etməyə tələsmirlər – biz isə səlində nə baş verdiyindən xəbərsizik. Mənim üçün bu asan günlər deyil – əgər nəsə alınmasa, başqa variantlara baxmaq lazım gələcək, amma mən Toyota-da qalmağa ümid edirəm.”

Çox güman ki, Timonun komanda yoldaşı Yarno Trulli mövsümün sonunda komandanı tərk edəcək, hərçənd italiyalı sürücü əmək haqqını 50% azaltmağa da razı idi. Qlokun Formula1 miqyasında kiçik əmək haqqını nəzərə alsaq, Toyota ilə danışıqlarda əmək haqqı həlledici faktor olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*