T.Qlok bərk təkərlərdən narazı qalıb

İkinci yerdən start alan Timo Qlok ilk döngədə liderliyi ələ alıb və ilk pits-stopa kimi komanda yoldaşından aralana bilib, amma […]

İkinci yerdən start alan Timo Qlok ilk döngədə liderliyi ələ alıb və ilk pits-stopa kimi komanda yoldaşından aralana bilib, amma startda Qlokun maşını ən yüngül olduğundan rəqibləri ondan xeyli sonra pitə müraciət ediblər. İlk pitdən bərk təkərlərlə trasa qayıdan Qlok yüksək tempi saxlaya bilməyib və finiş xəttini yeddinci keçib. Alman sürücü finişdən sonra BBC-yə müsahibəsində bərk təkərlərin aşağı effektliyindən gileylənib…

Timo Qlok: “Şətin yarış oldu, startda isə hərşey yaxşı başlamışdı – mən trasın çirkli hissəsindən start alsam da, Yarnonu ilk döngəyə kimi qabaqladım və ilk pitə qədər bir balaca ondan aralandım. Mən pitdən bərk təkərlərlə qayıtdım və bir neçə dövrədən sonra başa düşdüm ki, biz səhv etmişik – sürət aşağı düşdü, bir dövrədə mən Yarnoya 0.6-0.8 saniyə uduzurdum və iyirmi dövrədən sonra artıq podiumu unutmaq olardı. Təkərlər işləmirdilər, bərk təkərlər lazım olan işçi temperatura çıxa bilmirdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*