10 Dekabr 2019, Çərşənbə axşamı - 11:55

L.Həmilton: “Startda niyə ləngidiyimi başa düşmədim”

L.Həmilton: “Startda niyə ləngidiyimi başa düşmədim”

Müəllif: Elçin Zodorov, redaktor

10:39 - 05 Sentyabr, 2016

F-1.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı yarışda pis start almış, 6-cı yerə qədər geriləmişdi.

Əvvəlcə Daniel Rikkardonu, sonra isə Valtteri Bottası keçən Həmilton bir pit-stopla taktika ilə Ferrari sürücülərini də keçərək yarışı 2-ci yerdə tamamlaya bilmişdi.

Lyuis Həmilton: “Nəyin baş verdiyini bilmirəm, amma edilməli olan hər şeyi etmişdim. Burada ötmələr çox da asan deyil, amma mümkün olanın maksimumunu etdiyimizi düşünürəm. Sadəcə məni yanımdan ötüb keçən maşınları xatırlayıram. Həmişə etdiyim şeyləri etdim. Deyəsən Almaniyada Nikonun başına gələn burada mənim başıma gəldi. Səbəbin nə olduğunu öyrənməyə çalışacayıq.

Qalib gəlmək mümkün deyildi. Amma ikincilik üçün əlimdən gələnin ən yaxşısını etdim. Sabah mübarizə apara bilmək üçün bu gün yıxılmamağa çalışmalıyıq. Komandam üçün böyük bir gün idi və bugünki uğurda pay sahibi olduğum üçün qürur duyuram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 489
Teqlər , , , ,
Paylaş

logo