V.Bottas: Səhv etmədim

Mercedes komandasının sürücüsü Valtteri Bottas harada yavaş qaldığını bilmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyndəki sıralanma turunda komanda yoldaşı Həmiltondan 0.2 saniyə geridə qalaraq, ikinci olub.

Valtteri Bottas: “Doğrudan da bilmirəm. Özümü yaxşı hiss edirdim və boliddən maksimumu çıxardığımı düşündüm. Buna baxmayaraq, zaman nəticəm yaxşı olmadı. Problem budur.

Hazırda sizə heç nə deyə bilmərəm, çünki səhv eləmədim və son cəhdimdə yaxşı dövrə vurmuşdum. Xırda səhvlər olsa da, heç bir döngəyə xarici trayektoriyadan girmədim. Nə olubsa, öyrənməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*