Toro Rosso 2016-cı il bolidinin təqdimat tarixini açıqlayıb

Toro Rosso komandası 2016-cı il mövsümündə yarışacağı bolidin təqdimat tarixini açıqlayıb...

F-1.az xəbər vermişdi ki, Toro Rosso komandası çərşənbə günü çarpma testlərindən uğurla keçib.

İtalyanlar bu gün Twitter üzərindən 2016-cı ildə yarışacaqları bolidin təqdimat tarixini açıqlayıblar. Toro Rosso yeni bolidini fevralın 22-də təqdim edəcək.

Qeyd edək ki, İtalyan təmsilçisi keçən mövsümün sonunda Renault mühərriklərindən imtina edib və bu ildən etibarən 2015-ci ilin Ferrari mühərriklərindən istifadə edəcək.

, ,