Titul uğrunda mübarizədə favorit kimdir? Ekklstoun və Marko açıqladılar

Formula1 menecmentinin sabiq rəhbəri Berni Ekklstoun və Red Bull-un avtomobil idmanı üzrə sabiq məsləhətçisi Helmut Marko əvvəllər nadir hallarda eyni fikirdə olurdular, lakin 2026-cı ildə dünya çempionunun kim olacağı məsələsində onlar yekdillik nümayiş etdiriblər.

İsveçrə nəşri Blick Berni və Helmutdan titul uğrunda favoritin adını açıqlamalarını xahiş edbi və hər ikisi eyni cavabı verib: “Antonelli dünya çempionu olacaq, Ferstappen isə hazırda ən güclü sürücü olaraq qalır”.

Bununla yanaşı, Helmut Marko yeni Formula1 qaydalarını bəyəndiyini əlavə edi: “Məni azarkeşlərin coşqusu valeh edir. Yarışlar daha maraqlı olub, məsələn, əvvəl bizdə ötmələrin olmadığı kortejə bənzəyən Macarıstandakı yarış kimi.

Maksın Lyuis Həmiltonu ilk döngədə ötüb keçməsi 2026-cı ilin ən parlaq anlarından biridir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*