M.Ferstappen ilk gündən razıyam

Red Bull komandasının sürücüsü Maks Ferstappen Meksikadakı cümə sərbəst yürüşlərindən razı qalıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Hermanos Qardaşları trasındakı cümə sərbəst yürüşlərində açıq fərqlə birinci olub.

Maks Ferstappen: “Çox yaxşı gün idi. Həmişə bolidi təkmilləşdirməyə çalışırıq. Daha yaxşı olması üçün əlimizdən gələni edirik. İlk sessiyada tras çox çirkli idi. İkinci sessiyada nisbətən yaxşılaşmışdı. Bolid yaxşı görünür. Bir neçə şeyə baxmalıyıq, ancaq hər şey yaxşı idi.

Daha yaxşısını edərikmi bilmirəm. Əlimzdəki maşından razı qalmalıyıq və inkişaf etməliyik. Şənbə günü daha yaxşı olacağıq. Həftəsonuna yaxşı başladıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*