Team Lotus ehtiyat və test sürücülərini elan edib

Team Lotus qarşıdakı mövsümdə ehtiyat və test sürücülərinin adlarını açıqlayıb. Luis Razia komandanın ehtiyat sürücüsü olacaq. Davide Valsekki və Rikardo […]

Team Lotus qarşıdakı mövsümdə ehtiyat və test sürücülərinin adlarını açıqlayıb. Luis Razia komandanın ehtiyat sürücüsü olacaq. Davide Valsekki və Rikardo Teşeyra isə komandanın birinci və ikinci test sürücüləri statusunu daşıyacaqlar.

Riad Asmat, icraçı direktor: “Luis və Davide GP2-də bizim debütümüzə kömək edəcəklər, Formuıa1 komandası ilə əməkdaşlıq onların istedadını düzgün istiqamətdə inkişaf etdirməyə kömək edəcək.”

Xatırladaq ki, Razia və Valsekki GP2-də törəmə Asia komandasının sürücüləridir. Çox güman ki, gənc sürücülər mövsümün gedişində növbə ilə cümə sərbəst yürüşlərində iştirak edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*