19 Noyabr 2019, Çərşənbə axşamı - 06:45

T.Volff: “Rosberq zirvədə getdi”

T.Volff: “Rosberq zirvədə getdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:33 - 03 Dekabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Rosberq Formula1-dən ən güclü sürücü kimi gedir.

F-1.az xatırladır ki, Rosberq 2015-ci və 2016-cı illərdə çempionluq mübarizəsində Həmiltona uduzmuş, amma 2016-cı ildə stabil çıxış edərək ilk Dünya Çempionluğunu qazanmışdı.

Toto Volff: “Nəticələr Nikonun bu il ən güclü sürücü olduğunu göstərir. O hazırda peletondakı ən yaxşı sürücüdür. Son yarışlarda peşəkar davrandı və streslə mübarizə apara bildi. Xüsusən də, mövsümün əvvəlində qazandığı 4 yarış mükəmməl idi. Burada çempionluğun bünövrəsini qoymuşdu və mövsümün sonunda stabilliyini qoruya bildi.

Bu qərarı təbii ki, hamımızı təəccübləndirdi və məyus etdi, amma onu da başa düşürəm.

O əvvəldən Mercedes-in inkişafında böyük rol oynadı və komandanın bu günlərə gəlməsində payı çox böyük idi. Niko bu ailənin önəmli parçasıdır və ona qapılarımız həmişə açıq olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 448
Teqlər , , , ,
Paylaş

logo