Sürücülər tələb olunan məbləğləri ödəyəcəklər

Superlisenziyanın qiymətinin artırılması məsələsinin mübahisəli olmasına baxmayaraq, mövsümün başlamasına bir ay qalmış sürücülər FİA ilə mübahisəni yoluna qoymaq məqsədilə tələb […]

Superlisenziyanın qiymətinin artırılması məsələsinin mübahisəli olmasına baxmayaraq, mövsümün başlamasına bir ay qalmış sürücülər FİA ilə mübahisəni yoluna qoymaq məqsədilə tələb olunan məbləğləri ödəməyi qərara alıblar. Sürücülərin həmkarlar ittifaqı (GPDA) öz üzvlərini məbləğ ödəməkdən çəkinməyə çağırmışdı, amma FİA prezidenti Maks Moslinin mövqeyi dəyişməyib – sürücülər ya tələb olunan məbləğləri ödəməli, ya da özlərinə yeni iş yerləri axtarmalıdırlar.

Sürücülər federasiyanın haqqını ödəyəcəklər, lakin GPDA Melburn yarışına kimi Mosli ilə qapalı görüş tələb edir. Məbləğlər gələn həftə ödəniləcək, GPDA-in nümayəndəsi Autosport-a müsahibəsində bildirib: “Sürücülərin mövqeyi yekdildir, biz tələb olnan məbləğləri ödəyəcəyik, amma Avstraliya Qran Prisindən əvvəl Maksla görüşməliyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*