D.Rikkardo: “Mercedes Çində qazanacaq”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Ferrari mövsümün ilk yarışında yaxşı performans göstərsə də, Mercedes hələ də ən güclü bolidə sahibdir.

F-1.az xatırladır ki, Red Bull komandası Avstraliyada əsas rəqiblərindən zəif olmuşdu. Komandanın 19 yaşlı sürücüsü Ferstappen 5-ci yeri tutduğu halda, sıralanma turunun üçüncü sessiyasından etibarən problemlərlə boğuşan Rikkardo yarışı bitirə bilməmişdi.

Daniel Rikardo: “Şanxayda əsas məqsədim yarışa başlayıb və bitirmək olacaq. Bu isə Melburndan daha yaxşı nəticə deməkdir. Ferrari və Mercedes-ə burada daha yaxın ola bilərik.

Qələbə üçün ən böyük favorit Mercedes-dir. Amma onların əlindən qələbəni almaq gözəl olar. Ferrari ilk yarışda əla performans göstərsə də, sürət cəhətdən Mercedes-ə uduzur. Bizim məqsədimiz əvvəlcə Ferrari-yə çatmaq, sonra da Mercedes ilə çempionluq uğrunda mübarizə aparmaq olacaq. Amma addımlarımızı yavaş-yavaş atmalıyıq. Böyük səhvlər edərək, daha da pis vəziyyətə düşmək istəmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*