Stüardlar L.Həmiltonu bağışlayıblar

Dünən Monako Qran Prisinin finişindən sonra Lyuis Həmilton stüardların qərarlarını tənqid etmişdi, amma sonra hakimlərin otağına gələrək onlardan üzr istəmişdi […]

Dünən Monako Qran Prisinin finişindən sonra Lyuis Həmilton stüardların qərarlarını tənqid etmişdi, amma sonra hakimlərin otağına gələrək onlardan üzr istəmişdi – stüardlar onu bağışlayıblar, onlar razılaşıblar ki, Lyuis britaniyalı komik Əli Cinin “Niyə? Yəqin ona görə ki, mən qaradəriliyəm!” kəlməsini zarafatla xatırlayb. Stüardlarla söhbətindən sonra Lyuis yenidən jurnalistlərə yaxınlaşıb…

Lyuis Həmilton: “Mən bura barışmağa gəlmişdim. Bu zarafat idi, sadəcə yaxşı məqam seçilməmişdi, amma mən çox həyəcanlı idim, belə bir yarışdan sonra məni başa düşmək olar. Belə vəziyyətdə siz də çox güman ki, heç də həmişə düzgün söz tapa bilmirsiniz. Stüardlar məni bağıışladılar, biz bir-birimizin əlini sıxdıq, onlar mənə mövsümün uğurlu davamını arzu etdilər.

Stüardlar dedilər ki, yəqin ki, FİA-nın da əməkdaşları bu zarafatı düzgün başa düşüblər və səhv anlayanlara izah edəcəklər. Mən sadəcə zarafat eləmək istəmişdim, amam yaxşı alınmamışdı, yəqin bu vəziyyətdə kiminsə xətrinə dəymişdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*